İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan Qəzza dəhşətindən danışdı: "Gözümüzün qabağında baş verir” - VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT kürsüsündən çıxışı zamanı Qəzzada baş verən faciələri sərt şəkildə pisləyib.

Musavat.com-un xəbərinə görə, o bildirib ki, “Qəzzadakı soyqırım canlı yayımlanır, gözümüzün qabağında baş verir”.

Ərdoğan deyib ki, bu gün o, səsi kəsilən fələstinlilər üçün kürsüdə dayandığını bəyan edir.

Prezidentin açıqladığı rəqəmlər isə dəhşətli mənzərəni ortaya qoyur:

"Qəzzada indiyədək 146-sı uşaq olmaqla 428 nəfər aclıqdan həyatını itirib.

Son 23 ay ərzində hər saat bir uşaq öldürülüb.

Avropa və Amerikada qızılgül tikanının yaraladığı uşaq valideynlərin ürəyini sarsıdırsa, Qəzzada uşaqların qolları və ayaqları narkozsuz kəsilir.

İsrail indiyədək 250 jurnalisti qəsdən öldürüb".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2025

23 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR