İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan BMT tribunasından təşəkkür etdi: "Başqa dövlətləri də tezliklə qərar verməyə çağırıram"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin 80-ci Baş Assambleyasında çıxışı zamanı dünyada baş verən humanitar böhranlara diqqət çəkib.

Musavat.com-un xəbərinə görə, Ərdoğan bildirib ki, BMT-nin əsas məqsədi beynəlxalq sülh və təhlükəsizliyi qorumaq olsa da, bu missiya bir çox regionlarda ciddi şəkildə pozulur.

Prezidentin sözlərinə görə, xüsusilə Qəzza bölgəsində 700 gündən artıqdır ki, baş verənlər ciddi narahatlıq doğurur:

"Biz burada iclasdayıq, eyni zamanda Qəzzada mülki insanlar öldürülür. Ölü sayı 65 min nəfəri keçib, onların 20 mindən çoxu uşaqdır. Hər saat bir uşaq həyatını itirir. Bunlar sadəcə rəqəmlər deyil, hər biri bir insan, bir günahsızdır".

Ərdoğan əlavə edib ki, insan həyatına yalnız silahlarla deyil, eyni zamanda qəsdən yaradılan aclıqla da son qoyulur:

"21-ci əsrdə sivil dünyanın gözü qarşısında 146 uşaq və 428 nəfər aclıq səbəbindən həyatını itirib və bu rəqəmlər hər gün artır".

Türkiyə prezidenti BMT-nin yaradılmasının 80-ci ildönümünü qeyd edərkən, təşkilatın əsas prinsiplərinin dünyanın bir çox bölgəsində ciddi şəkildə pozulduğunu bildirib və üzv dövlətləri humanitar böhranlara qarşı daha fəal addımlar atmağa çağırıb:

"Biz bu gün kürsüdə öz vətəndaşlarımızla bərabər Fələstin xalqının də səsini çatdırırıq. Fələstin dövlətini tanıyan bütün dövlətlərə təşəkkür edirəm. Bunu etməyən dövlətləri isə tezliklə qərar verməyə çağırıram".

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR