İnsanlara hürriyət, millətlərə istiqlal!

Hillari Klinton NATO-nun genişlənməsinə görə Putini günahlandırdı

ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton Rusiya prezidenti Vladimir Putinə adı ilə müraciət edərək bildirib ki, Şimali Atlantika Alyansının genişlənməsi Rusiya siyasəti ilə şərtlənir.

Musavat.com xəbər verir ki, bu barədə "Röyter" agentliyi məlumat yayıb.

“Təəssüf ki, Vladimir. Bu, sənin öz günahındır”, - deyə Klinton bildirib.

Onun sözlərinə görə, heç kim “insanları NATO-ya üzv olmağa məcbur etmir”.

Qeyd edək ki, 2023-cü il aprelin əvvəlində Finlandiya Qərb hərbi blokunun 31-ci üzvü olub. Helsinki NATO-ya üzv olmaq istəyini fevralda Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatına başlamasından sonra açıqlayıb. Finlərlə birlikdə İsveç alyansa qoşulmaq üçün ərizə verib, lakin Türkiyə və Macarıstan bu sənədi ratifikasiya etmir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR