İnsanlara hürriyət, millətlərə istiqlal!

Heyvandarlıq və quşçuluqda bu yem və yem əlavələrinin satışından ƏDV tutulmayacaq - QƏRAR


Satışı əlavə dəyər vergisindən azad olunan yem və yem əlavələrinin siyahısı təsdiq edildi

Nazirlər Kabinetinin 30 iyun 2022-ci il tarixli 251 №li Qərarının qəbul edilməsi hesabına yem və yem əlavələrinin təsnifatı ilə bağlı hüquqi baza yaradılmış oldu.

Musavat.com-un xəbərinə görə, qərarın şərhi bu cürdür:

Bu qərar hüquqi bazanın yaranması ölkədə yem məhsulları bazarının inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.

Belə ki, 72 növdə yem və yem əlavələrinin istehsalı və satışı ilə məşğul olan biznes subyektlərinə münasibətdə vergi inzibatçılığı asanlaşdırılmış oldu.

Bununla da çoxsaylı bazar subyektləri 72 növdə məhsulun (yem və yem əlavələrinin) istehsalı və satışı üzrə tətbiq olunan vergi güzəştlərindən bəhrələnmiş olur.

Xatırladaq ki, Nazirlər Kabinetinin qərarı ilə həmçinin, 2022-ci ilin may ayından yem və yem əlavələrinin idxalına görə də rüsum tətbiq edilmir.

Bütün bunlar heyvandarlıqda və quşçuluqda istehsal xərclərinin sabitləşməsi baxımından əhəmiyyətli təsirə malikdir.

Məlumat üçün bildirək ki, yem xərclərinin məhsulun maya dəyərində payı quşçuluq məhsullarının (quş əti və yumurta) istehsalı üzrə 70%-ə yaxın, mal əti və süd istehsalı üzrə isə 70%-dən çox təşkil edir.

Beləliklə:
-       Yem və yem əlavələrinin təsnifatı ilə bağlı hüquqi baza yaradılır;
-       Bu sahədə vergi inzibatçılığı asanlaşdırılır;
-       Siyahıya daxil edilmiş yem və yem əlavələrinin satışı ƏDV-dən azad olunur;
-       2022-ci ilin may ayından yem və yem əlavələrinin idxalına görə rüsum tətbiq edilmir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR