İnsanlara hürriyət, millətlərə istiqlal!

Heydər Əliyev Beynəlxalq Aeroportu “FlyArystan” aviaşirkətinin ilk reysini qəbul edib (FOTO)

Qazaxıstanın “FlyArystan” aşağıbüdcəli aviaşirkəti cümə günü - aprelin 1-də Aktau şəhərindən Heydər Əliyev Beynəlxalq Aeroportuna ilk reysini həyata keçirib.

Qazaxıstanın ilk aşağıbüdcəli aviaşirkəti olan “FlyArystan” – “Air Astana” aviaşirkətinin struktur bölməsidir.

Bu həftədən etibarən aviaşirkət Aktau-Bakı-Aktau marşrutu üzrə həftədə iki dəfə - cümə və bazar günləri uçuşlar həyata keçirəcək.

“FlyArystan” aviaşirkətinin ilk reysinin Heydər Əliyev Beynəlxalq Aeroportunda necə qarşılandığı haqqında qeyd edilən videoçarxda baxa bilərsiniz: https://youtu.be/WQqqpB3Q6FE

Xatırladaq ki, aprel ayında Azərbaycanın aşağıbüdcəli aviadaşıyıcısı olan “Buta Airways” aviaşirkəti də Qazaxıstana uçuşlar həyata keçirməyə başlayacaq. Belə ki, 5 aprel tarixindən etibarən aviaşirkətin Bakı-Aktau - Bakı marşrutu üzrə reysləri həftədə üç dəfə - çərşənbə axşamı, cümə və bazar günləri həyata keçiriləcək.

Səyahət etməzdən əvvəl bütün sərnişinlərə COVID-19 pandemiyası zamanı qüvvədə olan hər iki ölkəyə giriş qaydaları haqqında son məlumatlarla tanış olmaları tövsiyə olunur.

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR