İnsanlara hürriyət, millətlərə istiqlal!

Hərbi qulluqçularımız İranda səfərdədirlər

Azərbaycan Ordusunun hərbi qulluqçuları “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində İran İslam Respublikasının Yəzd şəhərində keçiriləcək “Snayper həddi” müsabiqəsində iştirak etmək məqsədilə bu ölkədə səfərdədirlər.

Bu barədə Musavat.com-a Müdafiə Nazirliyindən bildirilib.

Şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılıb, yarışların xüsusiyyətləri və keçirilmə şərtləri izah edilib.

Qeyd edək ki, "Snayper həddi" müsabiqəsində Azərbaycan, Belarus, Çin, İran, Özbəkistan, Rusiya və Zimbabveni təmsil edən komandalar iştirak edəcəklər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR