İnsanlara hürriyət, millətlərə istiqlal!

Hərbi cinayətlərin sayı azalıb

Hesabat dövründə qeydə alınmış bəzi qəbildən olan cinayətlər əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə azalıb.

 Musavat.com APA-a istinadən xəbər verir ki, bunu Hərbi Prokurorluqda 2022-ci ilin birinci yarımilliyinin yekunlarına dair kollegiya iclasında Hərbi prokuror Xanlar Vəliyev deyib.

Belə ki, 2021-ci ilin birinci yarımili ilə müqayisədə 2022-ci ilin birinci yarısında qeydə alınmış özünü öldürmə həddinə çatdırma cinayətləri 30 faiz, silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma cinayətləri 88,9 faiz, maşınları idarəetmə və istismar qaydalarını pozma cinayətləri 14,3 faiz, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə cinayətləri 40 faiz və xuliqanlıq cinayətləri 25 faiz azalıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR