İnsanlara hürriyət, millətlərə istiqlal!

Hər şey Türkiyənin əlində: "Ərdoğana təcili zəng etmək lazımdır" - SENSASİYA!

“Qəzza böhranının həllinin açarı Türkiyədir”.

Musavat.com xəbər verir ki, bu fikirlər ABŞ-ın "Bloomberg" nəşrinin təhlilində öz əksini tapıb.

"Bloomberg" ABŞ prezidenti Baydenin təcili olaraq Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana zəng etməli olduğunu yazıb.

“Bayden Ərdoğana nə qədər tez zəng etsə, bir o qədər yaxşıdır” - məqalədə qeyd olunub.

Nəşr Türkiyənin bölgədə kritik rol oynadığına diqqət çəkib və “Ərdoğanın müharibənin hər iki tərəfindəki ölkələrlə rəsmi diplomatik əlaqələri olan yeganə lider” olduğunu vurğulayıb.

Qeyd edək ki, ABŞ İsraili “pauza” verməyə razı salmağa çalışır. Bu kontekstdə bir çox təşəbbüs göstərən ABŞ hələ də istəyinə nail ola bilməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR