İnsanlara hürriyət, millətlərə istiqlal!

Heqset: Ukrayna və Rusiya günahkar axtarmağa yox, sülhün əldə olunmasına diqqət etməlidir

Ukrayna və Rusiya müharibənin başlanmasında kimin günahkar olduğunu tapmaq əvəzinə, sülh razılaşmasına nail olmaq səylərinə diqqət etməlidir.

APA xəbər verir ki, “NBC News”un məlumatına görə bunu ABŞ-nin müdafiə naziri Pit Heqset deyib.

“Burada durub “sən yaxşısan, sən pissən, diktatorsan, diktator deyilsən, işğal etmisən, sən işğal etmədin” deməyin faydası yoxdur.”, - o bildirib.

Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp lazımsız yerə Ukrayna və Rusiya hökumətləri arasında mübahisələrə qarışmır.

Pentaqon rəhbəri vurğulayıb ki, ABŞ artıq Rusiyanı təcavüzkar adlandırıb və Ukraynaya qarşı müharibəyə məhz Moskvanın başladığını inkar etmir.

"Biz bunu dəfələrlə demişik. Ukraynaya işğalın olması sərsəm iddia deyil. Buna kiçik işğal deyən əvvəlki administrasiya idi və Putin bunu zəiflik əlaməti kimi qəbul edərək işğal etdi", - Heqset deyib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Fevral 2025

23 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR