İnsanlara hürriyət, millətlərə istiqlal!

Həmin qəza "Boeing"in səhmlərini çökdürdü

ABŞ-nin aviasiya nəhəngi "Boeing" şirkətinin səhmləri Nyu-York Fond Birjasında (NYSE) səhər ticarət sessiyasında demək olar ki, 8% ucuzlaşıb.

Bu barədə birjanın məlumatları təsdiq edir.

Səhmlərin dəyərindəki kəskin eniş Hindistanda "Air India" aviaşirkətinə məxsus "Boeing 787 Dreamliner" sərnişin təyyarəsinin qəzaya uğraması fonunda baş verib.

Bakı vaxtı ilə saat 13:30-da şirkətin səhmləri 7.96% ucuzlaşaraq bir səhm üçün 196.97 dollar təşkil edib. Saat 13:41-də isə qiymətlərdəki eniş zəifləyərək bir səhm üçün 199.14 dollar (-6,93%) səviyyəsində ticarət olunub.

Xatırladaq ki, bir müddət əvvəl Hindistanın qərbində, Əhmədabad şəhərinin hava limanı yaxınlığında "Boeing 787 Dreamliner" tipli sərnişin təyyarəsi qəzaya uğrayıb. Təyyarə Əhmədabad-London reysi üzrə hərəkət edirmiş və göyərtəsində 242 nəfər olub./Milli.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR