Onlayn ictimai-siyasi qəzet
Sosial şəbəkələrdə gənc oğlanın topladığı məişət tullantılarını su hövzəsinə tökməsini əks etdirən görüntülər yayılıb.
Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, hadisənin Bərdə rayonunda Qarabağ kanalının kənarında baş verməsi müəyyənləşib. Əvvəllər dəfələrlə inzibati xətaya yol vermiş və sağlamlıq vəziyyəti nəzərə alınaraq ixtisaslaşmış xəstəxanaya yerləşdirilən 1997-ci il təvəllüdlü M.Abbasov yenidən saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, görüntülər Bərdə Rayon Polis Şöbəsində araşdırılıb:
“Həmin şəxsin kimliyi müəyyən edilib. Onun ruhi-əsəb xəstəlikləri dispanserində qeydiyyatda olması nəzərə alınaraq müalicəsinin davam etdirilməsi üçün aidiyyəti qurumlarla birgə müvafiq tədbirlər görülür”.
Qeyd edək ki, bir neçə ay əvvəl M.Abbasovun Bakı bulvarında qışqıraraq çəkdirdiyi video da yayılmışdı. Həmin vaxt da o, psixiatrik xəstəxanaya yerləşdirilmiş və bir müddət müalicə olunduqdan sonra xəstəxanadan buraxılmışdı.
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ