Onlayn ictimai-siyasi qəzet
Slovakiya Avropa Komissiyasının (AK) daşqınların nəticələrinin aradan qaldırılması üçün yardım kimi Mərkəzi Avropa ölkələrinə ayırdığı 10 milyard avronun 1 milyardını alacaq.
Musavat.com xəbər verir ki, bu barədə Teraz portalı Slovakiyanın baş naziri Robert Fitsonun bəyanatına istinadən məlumat yayıb.
Slovakiyanın baş nazirinin sözlərinə görə, ayrılan yardımın 1 milyard avrosu onun ölkəsinə, 5 milyard avrosu Polşaya, 2 milyard avrosu Çexiyaya, 1,5 milyard avrosu Rumıniyaya, 500 milyon avrosu isə Avstriyaya çatacaq.
Qeyd edək ki, sentyabrın 16-da Dunay çayı Slovakiya paytaxtının mərkəzi hissəsindəki bəndləri aşıb. Bələdiyyə xidmətləri şəhərin çaya bitişik hissələrində qoruyucu qurğular quraşdırıb və polis şəhər sakinlərinə Dunaya yaxınlaşmamağı tövsiyə edib. Bratislava qalası da ziyarətçilər üçün bağlanıb, çünki onun altındakı divarlardan biri suyun təsiri altında dağılıb. Slovakiya hakimiyyətinin ilkin hesablamalarına görə, ölkədə daşqınların vurduğu ziyan artıq 20 milyon avronu keçib.
Xatırladaq ki, “Boris” siklonunun təsiri ilə Alp dağlarında yağan intensiv yağışlar səbəbindən bir sıra çaylarda, o cümlədən Dunayda suyun səviyyəsi qalxıb. Daşqınlar bir sıra Mərkəzi Avropa ölkələrində çoxsaylı ölüm və dağıntılara səbəb olub.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ