Onlayn ictimai-siyasi qəzet
Həmas ABŞ prezidenti Donald Trampın Qəzza üçün təklif etdiyi 20 maddəlik sülh planına qarşı reaksiyanı müzakirə etmək üçün digər fələstinli qruplarla görüşməyi planlaşdırır.
Musavat.com xəbər verir ki, bu barədə Fələstin İslam Cihadı nümayəndəsi Məhəmməd əl-Xac Musa, "Ultra Palestine" nəşrinə bildirib.
Onun sözlərinə görə, plan yalnız Həmasa aid deyil, bütün fələstin xalqını əhatə edir. Buna görə də bütün fraksiyalar vahid milli cavabın hazırlanmasında iştirak etməlidir.
Musa həmçinin Fələstin Administrasiyasının siyasi cəhətdən çətin vəziyyətdə olduğunu qeyd edərək, planın hər bir maddəsini qruplarla müzakirə etməyə və razılaşdırılmış mövqe hazırlamağa çağırıb.
Musavat.com
01 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ