İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna “Tomaqavk” raketlərini Rusiyaya qarşı istifadə edə bilməyəcək - ŞOK SƏBƏB

ABŞ istehsalı “Tomaqavk” qanadlı raketlərinin Ukrayna tərəfindən Rusiya hədəflərinə qarşı istifadə olunması real görünmür.

Musavat.com xəbər verir ki, bu barədə "Responsible Statecraft" portalı məlumat yayıb.

Məlumatda qeyd edilir ki, “Tomaqavk” raketləri yalnız üç əsas vasitə ilə buraxıla bilər: idarə olunan raket gəmisindən, Ohio, Virginia və Los Angeles sinifli sualtı qayıqlardan və ya yeni quru əsaslı “Typhon” sistemindən.

Portalın iddiasına görə, Ukraynada bu üç imkandan heç biri mövcud deyil və onları qısa müddətdə əldə etmək ehtimalı demək olar ki, yoxdur.

Bunun nəticəsi kimi, "Responsible Statecraft"in qənaətinə görə, “Tomaqavk”lardan Rusiya ərazisində strateji vuruşlar üçün istifadə etmək reallıqda mümkün deyil.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR