İnsanlara hürriyət, millətlərə istiqlal!

Ayşe Barımın məhkəməsidir

Həbsdə olan menecer Ayşe Barımın ikinci məhkəmə iclası bu gün Çağlayan məhkəməsində keçiriləcək.

Musavat.com xəbər verir ki, Nejat İşler, Mehmet Günsür, Halit Ergenç, Bergüzar Korel, Rıza Kocaoğlu və başqa tanınmış simalar da məhkəmədə iştirak edirlər.

Qeyd edək ki, Türkiyə mediasında Ayşe Barımın aktrisalardan birini homoseksual müğənni ilə sevgili kimi təqdim etməsiylə bağlı məlumatlar yayılmışdı.

Həmin müğənninin agentliyə və aktrisaya pul ödədiyi iddia edilmişdi. Onun Mert Demir, aktrisanın Serenay olduğu deyilirdi.

Bundan sonra İstanbul Baş Prokurorluğu tərəfindən "ID Consulting Limited" şirkətinin təsisçisi və ortağı, Serenay Sarıkaya kimi bəzi sənətçilərin meneceri olan Ayşe Barım haqqında sosial media platformalarında yayılan paylaşımlarda və xəbərlərdə yer alan iddialara dair istintaq başladılmışdı.

İstintaqın "iş azadlığının pozulması" və "şantaj" kimi iddialarla bağlı olduğu bildirilmişdi.

Könül
Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR