İnsanlara hürriyət, millətlərə istiqlal!

HƏMAS şərtini açıqladı: Buna hazırıq

"İsrail fələstinli məhbusları azad etsə, biz də əlimizdə olan məhbusları azad edəcəyik".

Musavat.com xəbər verir ki, bu sözləri HƏMAS-ın hərbi qanadı olan İzzəddin əl-Qəssam Briqadalarının sözçüsü Əbu Ubeyde deyib.

Əllərində çox sayda əsir olduğunu bildirən Ubeyde ilk növbədə İsraildən bu addımə gözlədiklərini qeyd edib: "Düşmən bir anda əsir dosyesini bağlamaq istəsə, bu addımı atsa, biz də buna hazırıq".

Qeyd edək ki, İsrail ilə Fələstin arasında oktyabrın 7-də başlayan qarşıdurmalar 23 gündür davam edir. HƏMAS tərəfindən əsir götürülənlərin azad edilməsi üçün Qətərin vasitəçiliyi ilə səylər davam edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR