Onlayn ictimai-siyasi qəzet
Fələstinin HƏMAS qruplaşması gələn şənbə gününə planlaşdırılan daha bir girov qrupunun azad edilməsini təxirə salmaq qərarına gəlib.
Musavat.com xəbər verir ki, məlumat HƏMAS-ın “Əl-Ərəbiyə”nin yaydığı açıqlamasında yer alıb.
Qrup qeyd edib ki, bu qərarı İsrail tərəfindən atəşkəs razılaşmasının pozulduğu üçün verib. HƏMAS həmçinin əlavə edib ki, girovların azad edilməsi “əlavə göstərişlərə qədər” təxirə salınıb.
Qeyd edək ki, HƏMAS ötən həftə sonu üç israilli girovu azad edib.
İsraillə Həmas arasında atəşkəs yanvarın 19-da qüvvəyə minib. Müqavilə üç mərhələni nəzərdə tutur. Birincidə qrup İsrail həbsxanalarında olan 1500 fələstinli məhbusun müqabilində 33 israilli girovu azad etməlidir. Şərtləri hələ dəqiqləşdirilməmiş ikinci və üçüncü mərhələdə məhbusların mübadiləsi davam etdiriləcək. Üçüncü mərhələdə də Qəzzanın silahlı münaqişə zamanı dağılmış infrastrukturunun bərpasına başlanmalıdır.
Musavat.com
01 Mart 2025
28 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ