İnsanlara hürriyət, millətlərə istiqlal!

HƏMAS döyüşçülərinə "bacardıqca çox insanı öldürmək" tapşırığı verilibmiş - media

İsrailə hücumdan əvvəl radikal HƏMAS hərəkatının hərbi qanadının rəhbərliyi döyüşçülərə mümkün qədər çox mülki vətəndaşı öldürməyi tapşırıb.

Musavat.com xəbər verir ki, bu barədə İsrailin “Kan” dövlət televiziya və radio şirkəti məlumat yayıb.

Məlumata görə, təlimatları olan sənədlər Alumim kibbutsuna hücumda iştirak edən HƏMAS taqım döyüşçülərinə məxsus olub. Onlar dinc sakinləri öldürməli, girov götürməli, sektoru İDF qüvvələrindən müdafiə etməli və əlavə göstərişlər gözləməliydilər.

Oxşar məlumatı öldürülən terrorçuların əşyalarında tapılan HƏMAS-dan “tam məxfi sənədləri” əldə edən NBC televiziyası da yayıb. Sənədlər göstərir ki, hədəflər arasında Kfar Saad kibbutsunda ibtidai məktəblər və gənclər mərkəzi olub və radikal hərəkat üzvlərinin vəzifəsi “mümkün qədər çox insanı öldürmək”, girov götürmək və onları sürətlə Qəzza zolağına köçürmək olub.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR