İnsanlara hürriyət, millətlərə istiqlal!

HƏMAS 130-dan çox israillini girov saxlayır

Fələstinin HƏMAS radikal qruplaşması Qəzza zolağında 100-dən çox israillini girov saxladığını bildirib.

“Report” xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

Hərəkat liderlərindən biri Musa Əbu Marzukun sözlərinə görə, HƏMAS silahlıları yüksək rütbəli hərbçiləri əsir götürüblər.

Bundan əvvəl Qəzzadan olan digər böyük Fələstin hərəkatı “İslami cihad” İsrailin 30-dan çox vətəndaşının girovluqda olduğunu bildirib.

İsrail hakimiyyəti bazar günü Qəzzada ölkənin 100-dən çox vətəndaşının girovluqda olduğunu istisna etməyib.

Qeyd edək ki, şənbə günü Qəzza zolağından İsrailin cənub və mərkəzinə raket zərbələri endirilib. Bundan sonra onlarla fələstinli yaraqlı Qəzzadan İsrail ərazisinə daxil olub.

Son məlumatlara görə, radikal HƏMAS qruplaşması yaraqlılarının hücumları nəticəsində İsraildə ölənlərin sayı 700 nəfəri keçib. Ölənlər arasında mülki şəxslər, onlarla polis əməkdaşı və hərbçi var. Bundan əlavə, 2 200 nəfər yaralanıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR