Onlayn ictimai-siyasi qəzet
Bəlkə də bu dünyada səndən çox dincəlməyə haqqı olan ikinci (həm də birinci) şəxs yoxdur!
Bir gün, bir saat artıq işləyəndə evə, elə bir sifətdə gəlirik ki!
On kilometr artıq yol qət edəndə, mənzil başına çatanda o qədər aqressiv oluruq ki!
Beş dəqiqə tıxaca görə az qala, yaradana qiyam(ət) qaldırırıq!
Uşaqlarımızın ikisi eyni anda bizdən nəsə istəyəndə hirslənirik, qapını çırpıb öz otağımıza keçirik və bir də bizi narahat etməsinlər deyə, onlara nota göndəririk.
İki gün qonşu evinin təmirinə dözə bilmirik!
Bir gün maaşımızı gec alanda qibləmiz az qala BMT olur !
Bir nəfərin soyuq baxışı bizi odlu silaha çevirir!
Növbədə üçüncü şırada dayanmağı özumüzə alçaqlıq(западло) bilirik!
Əynimizə paltar düz oturmur deyə, dükanı az qala alt-üst edirik!
Birinə borc verib, qapısında otururuq!
Digərinə bircə dəfə yaxşılıq edib, illərlə başına qaxınc edirik!
Ya uşaq pulu, ya da qanpulu (davası) tələb edirik!
İstehsalat zədəsi (travması)nə görə hətta, bəzən qazi statusu istəyirik!
Öz uşağımıza tərbiyə verə bilmirik, Konstitusiyadan maddə axtarırıq!
Övladımız oxumur, təhsilin dünyaya açılan pəncərəsini daşa tuturuq!
Sevgilimiz bizi qəlbindən atır, biz də acığa, özümüzü dənizə!
Qapımızın ağzına Form(ul)a 1 gətirilir, səsimizi onlardan daha bərk çıxarırıq(bağırırıq)!
Avroviziyaya getməyə bir kişi tapılmadı deyə(rək), dedi-qodu ilə məşğul oluruq!
Şuşa ZİRVƏSİNƏ qalxırıq, AğDƏRƏNİ niyə vaxtında almadın, deyirk!
Biz "QOŞA TAXT" yatağımıza düşməkdən qorxurduq, sən "ŞAHDƏNİZ" yatağına baş çəkirdin! Korona güya sənin qarış-qarış gəzdiyin yerlərdə yox idi ki?
BİZ ÖLÜLƏRİMİZİ KƏFƏNƏ BÜKƏ BİLMİRDİK. AZ QALA QORXUMUZDAN ÖLÜRDÜK! Uzaqdan bir baxışla salamlaşıb-sağollaşırdıq!
Bütün dünya ilə tək başına bacarmısan, amma mən də çox gözəl bilirəm ki, bizimlə bacarmaq o qədər də asan iş deyil! Bəzən isə çox çətindir.
Bilirəm ki, bir az çətin ipə-sapa yatanıq!
Hər şeyə mız qoymağa öyrəşmişdik!
Sən təkcə düşmənə xəbərdarlıqlar etmədin, həm də bizə iyirmi il dözdün! Çözdün! Bildin ki, sənin nərən, çağırışın lazımdır bizə! Qalxmalıdır xalq! Mərd oğullar yorğana görə yox, torpağa görə ayaqlarını uzatmalı idilər. Əlimiz yardım istəyəndə, ən gözəl ianəni, SİLAH VERDİN BİZƏ, Himnimiz məktəb divarlarını aşdı, CƏBHƏDƏ OXUDUQ QƏHRƏMANLIQ MARŞINI! Bayrağımızı Olimpiya zirvəsindən qat-qat ucalıqda olan ŞUŞAYA TAXDIQ!
ƏN GÖZƏL EŞQ VƏTƏN SEVGİSİ İMİŞ, SUQOVUŞANDA GÖRÜŞDÜK ONUNLA!
LAÇINA MƏHƏBBƏT ATƏTİN MP 3 VARİANTINDAN DÖYÜŞ FORMATINA KEÇDİ!
Torpağa borclu idik, analar oğullarla ödədi. İyirmi yox, daha artıq faizlə, ARTIQLAMASI İLƏ!
Bayrağın üç rəngindən başqa gözümüz hec nəyi görmədi! Gözümüzü bayrağımızın qan qırmızısı tutdu.
Biz həmişə PALÇIQ VULKANI olmamışıq! Sən çox gözəl bilirdin ki, Azərbaycan həm də ODLAR DİYARIDIR! NƏ VAXTSA DÜŞMƏNİNİ YANDIRIB, YAXACAQ(san)!
Tariximiz təkcə Qobustan qayalıqlarında ov rəsmlərindən ibarət olmayıb. Təbərinin səhifələrində qəhrəmanlığın hər təzə absazı bizimlə başlanıb!
Bizim kim olduğumuzu, məhz sənin səfərbərlik çağırışın sübut etdi!
BİZ BİLİRDİK Kİ, STEPANXANAYA DÖNDƏRİLMİŞ XANKƏNDİMİZƏ MÜTLƏQ QAYİDACAĞIQ!
SAĞ OL Kİ, BİZİMLƏSƏN, BİZDƏNSƏN!
İndi İNCİLdən min dəfə böyük ayə səninkidir: İLHAM DEDİ OL, OLDU(q)!
Bu adi söz deyil: "BU GÜNÜMÜZƏ,ŞÜKÜR"!
Təbriklər, Ali Baş Komandan!
GÖZÜN AYDIN AZƏRBAYCAN: "OĞLUN OLUB!"
Rəşad Ağayev
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ