İnsanlara hürriyət, millətlərə istiqlal!

Müharibə və mistikaya maraq

Forbes yazır ki, Ukraynada müharibənin yaratdığı qeyri-müəyyənlik və qorxu şəraitində insanlar getdikcə daha çox Taro kartlarına üz tutur.

Musavat.com xəbər verir ki, bu maraq yalnız fal açmaqla məhdudlaşmır, həm də psixoloji dayaq axtarışı ilə izah olunur.

2022-ci ildə Google axtarışlarında Taro ilə bağlı sorğular həftəlik 50–75 arasında dəyişirdisə, 2025-ci ildə bu bazarın həcmi artıq 85 milyon dollara çatıb. Proqnozlara görə, artım tendensiyası ən azı 2030-cu ilə qədər davam edəcək.

“Strateg” şirkəti cəmi beş ayda 160 min dəst kart sataraq təxminən 100 milyon qriqivna (təxminən 2,5 milyon dollar) gəlir əldə edib.

Ekspertlərin fikrincə, sosial şəbəkələr, media və elə müharibənin özü bu yüksəlişi daha da qızışdırır. Gələcək kövrək göründükdə, insanlar onu az da olsa əvvəlcədən duymaq istəyirlər.

Bunun fonunda Ukraynada mistik xidmətlər yeni bir iqtisadi və sosial fenomenə çevrilməkdədir. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2025

22 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR