İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezident Ərdoğan: “Fələstini tanıyan ölkələri təbrik edirəm”

Musavat.com xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan BMT Baş Qərargahında keçirilən “Fələstin məsələsinə çözüm tapılması və iki dövlətli həllin həyata keçirilməsi” adlı yüksək səviyyəli beynəlxalq konfransda çıxış edib.

Ərdoğan bildirib ki, Qəzzada 5 mindən çox insanın həyatına son qoyan qətliam bütün şiddəti ilə davam edir: “Əlini vicdanına qoyan heç kim yaşananları qəbul edə bilməz, belə bir soyqırıma isə susmaq mümkün deyil”.

Türkiyə lideri İsrailin hazırkı hökumətini sərt tənqid edərək deyib ki, Netanyahu hökumətinin əsas məqsədi Fələstin dövlətinin qurulmasını imkansız etmək və fələstinliləri zorla köçməyə məcbur etməkdir.

Prezident həmçinin vurğulayıb ki, bu ağır proseslər fonunda BMT Təhlükəsizlik Şurasının üzvlərinin də daxil olduğu bir sıra ölkələrin Fələstin dövlətini tanıması tarixi əhəmiyyətə malikdir və regionda sülh üçün mühüm addımdır. 

Ərdoğan Fələstini tanıyan ölkələri təbrik edib.  

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2025

22 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR