Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin 80-ci Baş Assambleyası çərçivəsində səfərdə olduğu Nyu-Yorkda Türkiyə-ABŞ İş Konseyi tərəfindən Türkevi binasında keçirilən Türk Yatırım Konfransına qatılıb.
Tədbirdə Çevre, Şəhərsalma və İqlim Dəyişikliyi naziri Murat Kurum, Xarici işlər naziri Hakan Fidan, Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar, Hazine və Maliyyə naziri Mehmet Şimşek, Milli Müdafiə naziri Yaşar Güler, Səhiyyə naziri Kemal Memişoğlu, Sənaye və Texnologiya naziri Mehmet Fatih Kacır, Ticarət naziri Ömer Bolat, Prezident Administrasiyasının rəsmiləri, DEİK və TAİK rəhbərləri də iştirak ediblər.
Prezident Ərdoğan çıxışında ABŞ-la iqtisadi əlaqələrin inkişaf etdiyini vurğulayaraq deyib: “Dəyərli dostum Prezident Tramp ilə 2019-cu ildə müəyyənləşdirdiyimiz 100 milyard dollarlıq ticarət həcmi hədəfimiz qalmaqdadır. Enerji, kibertəhlükəsizlik və kosmos sahələrini əhatə edən əməkdaşlıq imkanlarını dəyərləndirərək münasibətlərimizin daha da sürətlənəcəyinə inanırıq. Güclü logistika infrastrukturumuz, müasir limanlarımız, inkişaf etmiş yol və dəmir yolu şəbəkəmiz Türkiyəni investorlar üçün strateji mərkəzə çevirir”.
Ərdoğan əlavə edib ki, Türkiyəni investorlar üçün daha da cazibədar edən şəffaf, rəqabətli və təhlükəsiz bazar mühitini möhkəmləndirmək istiqamətində addımlar atılır. O həmçinin vurğulayıb ki, müttəfiqlik ruhuna uyğun olaraq Türkiyə ilə ABŞ arasındakı müdafiə sənayesi əməkdaşlığının üzərindəki məhdudiyyətlərin aradan qaldırılması vacibdir.
Musavat.com
23 Sentyabr 2025
22 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ