İnsanlara hürriyət, millətlərə istiqlal!

Həkim qadınların DƏHŞƏTLİ QİSASI: kişini boğub öldürdülər 

Surqutda iki rəfiqə tanışını şarj cihazının naqili ilə boğaraq öldürüblər.

Lent.az-ın xarici KİV-ə istinadla məlumatına görə, onlar bunu qisas almaq üçün ediblər.

“44 yaşlı Yekaterina Mixienkova və 38 yaşlı Yuliya Bortsova işləmək üçün Xantı-Mansi Muxtar Dairəsinə gəlib, biri Sverdlovsk vilayətindən, ikincisi Novosibirsk vilayətindəndir. Hər iki qadın həkimdir.

İlkin versiyaya görə, qətlin səbəbi əvvəlki iş yerində münaqişə olub. Mixienkova əvvəllər zərərçəkmişlə Xantı-Mansi Muxtar Dairəsinin Səhiyyə Departamentində işləyib”, - məlumatda bildirilir.

Qətl Prosveşeniya prospektində yerləşən hündürmərtəbəli binada baş verib. Qadınlar qonaq adı altında kişinin yanına gəliblər. Onlar içəri girən kimi kişiyə hücum ediblər. Əvvəlcə qadınlardan biri qurbanı yerə itələyib, ikincisi isə onun üstünə şarj kabeli atıb, sonra onu yastıqla boğublar. Kişi hadisə yerində ölüb.

Qadınların hadisə zamanı narkotikin təsiri altında olduqları bildirilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR