Onlayn ictimai-siyasi qəzet
Ermənistan parlamentinin Dövlət və hüquq məsələləri daimi komissiyasının növbədənkənar iclasında hazırda “Ayakve” mülki qanunvericilik təşəbbüsünün irəli sürdüyü qanun layihəsi müzakirə edilir.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, təşəbbüs üzvləri və buna dəstək verən ermənilər parlament binası yaxınlığında toplaşıblar.
Həmin qanun təşəbbüsünə görə, Qarabağın Azərbaycanın tərkibində sayılması cinayət sayılır.
“Ayakve” təşəbbüsünün koordinatoru Avetik Çalabyan adıçəkilən komissiyanın 12 üzvündən 8-nin hakim “Vətəndaş sazişi” partiyasının üzvü olduğunu xatırladıb.
“Onlar öz mövqelərini müxtəlif yollarla ifadə ediblər və bu da hüquqi baxımdan zəif, absurd və əsassız cavabdır. Əgər Qarabağı yenidən geri qaytarmaq istəyiriksə, öncə onun öz müqəddəratını təyinetmə hüququnu bərpa etməliyik”, - deyə Çalabyan bildirib.
Musavat.com
03 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ