İnsanlara hürriyət, millətlərə istiqlal!

Hədəf Şirkətlər Qrupundan təhsilə böyük dəstək: 18 şagirdə 100 % təqaüd, ümumilikdə 300.000 AZN-lik güzəşt!

Xəbər verdiyimiz kimi, mayın 11-də Hədəf Şirkətlər Qrupuna daxil olan Hədəf Kursları və Hədəf STEAM Liseylərinə qəbul-güzəşt imtahanı keçirib.

Hədəf Şirkətlər Qrupundan Musavat.com-a verilən məlumata görə, imtahanda 3000-ə yaxın məktəbli iştirak edib.

İmtahanı keçirməkdə məqsəd istedadlı şagirdlərin üzə çıxarmaq, onların daha keyfiyyətli təhsil almağına şərait yaratmaqdır. Bu imtahanda iştirak edən şagirdlərdən 180-i güzəşt qazanıb, 18-i isə 100 % güzəşt əldə edib.

Elan olunan şərtlərə görə Hədəf STEAM Liseyində:

Hər sinif üzrə 1-ci  yer (90 % +  nəticə göstərən balabilgələr arasında) – 100 % güzəşt;

Hər sinif üzrə 2-ci yer (80 % + nəticə göstərən balabilgələr arasında) – 70 % güzəşt;

Hər sinif üzrə 3-cü yer (80 % + nəticə göstərən balabilgələr arasında) – 50 % güzəşt;

Hər sinif üzrə 4-cü yer (70 % + nəticə göstərən balabilgələr arasında) – 30 % güzəşt;

Hər sinif üzrə 5-6-cı yerlər (70 % + nəticə göstərən balabilgələr arasında) – 20 % güzəşt;

Hər sinif üzrə 7-10-cu yerlər (50 % + nəticə göstərən balabilgələr arasında) – 10 % güzəşt əldə etmək mümkündür.

Qəbul-güzəşt imtahanının nəticəsinə əsasən Hədəf Kurslarında VIII – IX siniflər üzrə:

1 – 3-cü yerlər (90 % + nəticə göstərərən şagirdlər arasında) – 100 % güzəşt;
2. 4 – 6-cı yerlər (80 % + nəticə göstərən şagirdlər arasında) – 70 % güzəşt;
3. 7 – 9-cu yerlər (80 % + nəticə göstərən şagirdlər arasında) – 50 % güzəşt;
4. 10 – 12-ci yerlər (70 % + nəticə göstərən şagirdlər arasında) – 30 % güzəşt;
5. 13 – 18-ci yerlər (70 % + nəticə göstərən şagirdlər arasında) – 20 % güzəşt;
6. 19 – 30-cu (50 % + nəticə göstərən şagirdlər arasında) – 10 % güzəşt qazanmaq olar.

X sinif üzrə:

  1. 1 – 4-cü yerlər (90 % + nəticə göstərən şagirdlər arasında)– 100 % güzəşt;
    2. 5 – 8-ci yerlər (80 % + nəticə göstərən şagirdlər arasında) – 70 % güzəşt;
    3. 9 – 12-ci yerlər (80 % + nəticə göstərən şagirdlər arasında) – 50 % güzəşt;
    4. 13 – 16-cı yerlər (70 % + nəticə göstərən şagirdlər arasında) – 30 % güzəşt;
    5. 17 – 24-cü yerlər (70 % + nəticə göstərən şagirdlər arasında) – 20 % güzəşt;
    6. 25 – 40-cı yerlər (50 % + nəticə göstərən şagirdlər arasında) – 10 % güzəşt qazanmaq mümkündür.

Hədəf Şirkətlər Qrupu hər il bu formada qəbul imtahanı keçirir və ümumilikdə 300.000 manatlıq endirim edilir.

Bundan əlavə şahid ailəsi üzvləri, müharibə veteranları, qazilərin ailə üzvləri bu tədris müəssisələrində ödənişsiz və ya 50 % endirimlə təhsil ala bilərlər. Ötən tədris ilində Hədəf STEAM Liseyinin YAŞAT fondu ilə əməkdaşlığı çərçivəsində 40-a yaxın şəhid övladı ödənişsiz təhsil alıb. Həmçinin Hədəf Kurslarında təhsil alan bütün şəhid övladları ödənişdən tam azad ediliblər.

Hədəf Şirkətlər Qrupuna daxil olan təhsil müəssisələrində tətbiq edilən əsas güzəştlərdən biri də istedad güzəştidir. Yerli və beynəlxalq olimpiada mükafatçıları cari tədris ili ərzində Hədəf Liseyindən 100 %-ə qədər endirim əldə edə bilirlər.

Xatırladaq ki, qəbul-güzəşt imtahanının nəticələri ötən həftə elan olunub və suallarla bağlı apelyasiya şikayətlərinə baxılıb. Endirim qazananların siyahısına Hədəf STEAM Liseyi üzrə https://hedefliseyi.edu.az/blog/ , Hədəf Kursları üzrə https://hedef.edu.az/blog/ linkinə daxil olaraq baxa bilərsiniz.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 May 2025

BÜTÜN XƏBƏRLƏR