İnsanlara hürriyət, millətlərə istiqlal!

Həbs təhlükəsi ilə üzləşən Tramp reklamından qalmır

ABŞ-ın keçmiş prezidenti Donald Tramp aprelin əvvəlində Nyu-York məhkəməsinə aparılmasından öz yeni seçk kampaniyası üçün istifadə edir.

Musavat.com xəbər verir ki, bu barədə The Hill saytı material yayıb. Portalın məlumatına görə, videoda  kadrarxası səs rayon prokuroru Alvin Braqq tərəfindən siyasətçiyə qarşı aparılan məhkəmə araşdırmasını tənqid edir, onun günahsız olduğunu bildirir.

Reklamda Trampın Manhettendə gəzməsi, keçmiş prezidenti dəstəkləmək üçün bayraqlar və pankartlar qaldıran insanlar, eləcə də onun Nyu-York məhkəməsinə doğru irəliləməsi göstərilir. Videoda şəhərdən çəkilmiş kadrlardan əlavə, siyasətçinin Nyu-Yorka səfərindən sonra mətbuat konfransı verdiyi Mar-a-Laqodakı malikanəsində çəkilmiş görüntülər də var.

Bildirilir ki, Tramp özünün "Truth Social" sosial şəbəkəsində video yerləşdirərək tərəfdarlarını onun kampaniyasına yalnız imkanları olduqda vəsait ayırmağa çağırıb. Portal vurğulayır ki, daha sonra reklam çarxı Donald Trampın oğlunun Twitter hesabında yer alıb.

Bundan əvvəl KİV-lər Trampın həbsdə olsa belə, prezidentliyə namizədliyini irəli sürə biləcəyini yazıb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR