İnsanlara hürriyət, millətlərə istiqlal!

"Hazırda Azərbaycanın mövqeyi Cənubi Qafqazda lider ölkə statusundadır"- Vüqar İskəndərov

“Prezident İlham Əliyev “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” adlı konfransda çıxışı zamanı bir çox önəmli məsələlərə toxundu. Bu da həm Ermənistan, həmçinin də digər dünya ölkələri üçün bizim mövqeyimizi çox əhatəli bir formada ortaya qoydu. Xüsusən də Ermənistanın təklif olunan 5 prinsipə pozitiv yanaşması Azərbaycanın münaqişənin həlli istiqamətində növbəti irəliləyişinin təzahürüdür. Çünki bu prinsiplər Ermənistanla imzalanacaq sülh müqaviləsinin əsasını təşkil edəcək.”

Bunu Musavat.com-a açıqlamasında deputat Vüqar İskəndərov bildirib.

Deputat söyləyib ki, gedişat onu göstərir ki, Azərbaycanın təqdim etdiyi sülh gündəliyi Ermənistanla yanaşı Cənubi Qafqazda da regional inkişaf üçün yeni imkanlar yaradacaq:

"Çünki hazırda Azərbaycanın mövqeyi Cənubi Qafqazda lider ölkə statusundadır. Həm iqtisadi, həm strateji cəhətdən Azərbaycan bu regionda sülhün bərqarar olmasında maraqlıdır. Həmçinin cənab prezident hər beynəxalq formatlı çıxışlarında yalnız Azərbaycanın yox, elə Cənubi Qafqazın da taleyi ilə bağlı məsələləri gündəmə gətirir. Bu isə o deməkdir ki, Azərbaycanın rəhbəri bu gün yalnız öz ölkəsi yox, regionun problemlərini də öz çiyninə götürmək və onu müvəffəqiyyətlə həll etmək iqtidarındadır. Ona görə də ermənilər vaxtında seperatizm mövqelərindən çəkinməlidirlər. Çünki onların bu mövqeyi onsuz da onları elə 30 il arxaya salıb. Bu gün ermənilər düşünməlidir ki, yaxın vaxtlarda bizim tarixi torpaqlarımıza sahibləri-həmvətənlərimiz qayıdacaqlar. Bu zaman isə həmin ermənilərin başqa seçimi olmayacaq. Ya qonşuluq formasında yaşamaq, ya da köçüb getmək. Ancaq son hadisələr onu göstərir ki, bəzi ermənilər də anlayıb ki, onların normal həyat yaşaması üçün yeganə yer Azərbaycandır. Ona görə də vaxtında düzgün qərar verməlidirlər”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR