İnsanlara hürriyət, millətlərə istiqlal!

Havada toz dumanı müşahidə edilir


Avtomatik stansiyalardan əldə edilən məlumata əsasən Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

Musavat.com-un məlumatına görə, Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, müşahidə olunan tozlu hava şəraiti transsərhəd xarakterlidir:

“Dispers toz hissəcikləri Xətai rayonunda 4.3, Nizami rayonunda 2.4, Səbail rayonunda 2.5 dəfə normadan yüksək qeydə alınıb”.

G.Məmmədovanın sözlərinə görə, sinoptik vəziyyətlə əlaqədar olaraq tozlu hava şəraitinin yaxın 2 gün ərzində davam edəcəyi gözlənilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR