Onlayn ictimai-siyasi qəzet
İsti və qızmar yay günlərində insanların ən çox üz tutduğu məkanlardan biri də çimərliklərdir. Vətəndaşların istirahəti onlar üçün nə qədər maraqlıdırsa, onu təşkil etmək üçün lazım olan vəsait də o qədər maraqlıdır. Hər bir şəxs öz büdcəsi daxilində ailəsi və yaxınları ilə istirahətə yollanır. Bəs görəsən səyahətsevərlərin istirahətini təmin etmək üçün bir çox xidmətlərlə dəridən-qabıqdan çıxan kurort mərkəzləri büdcəyə və cibə uyğundur?
BAKU.WS xəbər verir ki, paytaxt sakinlərinin böyük əksəriyyəti Abşeron yarımadasının Sahil, Buzovna, Novxanı, Görədil və Pirşağı qəsəbələrindəki çimərlik mərkəzlərində dincəlməyə üstünlük verirlər.
"Azərbaycan Turizm Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Əhməd Qurbanov BAKU.WS-ə açıqlamasında çimərliklərə yaxın ərazilərdəki otellərdə adambaşına istirahətin qiymətinin 50-150 AZN aralığında olduğunu qeyd edib:
“Otellərin qiyməti onların ulduzluluq səviyyəsinə görə dəyişir. Bir nəfər üçün qiymət 50-150 AZN-dir. Bura oteldirsə aquaprakdan, dənizdirsə çimərlikdən istifadə, oteldə qalma, gündə 3 dəfə qidalanma və başqa paketlər də daxildir. Vətəndaşların koteclərdə istirahət isə ərazilərdən asılı olaraq 40-90 AZN aralığında dəyişir".
Əhməd Qurbanovun sözlərinə görə, çimərliklərin kənarlarında olan Abşeron regionundakı bağ evlərinin aylıq kirayəsi isə minimum 500 AZN-dən maksimum 3000 AZN-ə qədərdir. Günlük kirayə 100-150 AZN, daha yaxşı şəraitli bağ evlərinin isə günlük qiyməti isə 200-300-500 AZN arasında dəyişir.
Gərgin iş rejimindən sonra həftəsonunu ya da məzuniyyətini şəhərin səs-küyündən uzaqda təşkil edənlər də az deyil. Bəziləri bunun üçün ölkəmizin şimalında, bəziləri isə cənubda yerləşən istirahət turizm mərkəzləri seçirlər.
06 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ