İnsanlara hürriyət, millətlərə istiqlal!

Türk ulduzun Bakıdakı monotamaşası anşlaqla qarşılandı - FOTO

Türkiyənin tanınmış aktrisası Sumru Yavrucuk “Şerli Valentin” monotamaşası ilə Bakıda çıxış edib.

Musavat.com xəbər verir ki, tamaşa Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, “Caspian Media Group”un təşkilatçılığı ilə 5-6 oktyabr tarixlərində Azərbaycan Dövlət Akademik Musiqili Teatrında nümayiş olunub.

İkipərdəli monotamaşanı seyr etməyə gələnlər sırasında Mədəniyyət Nazirliyinin nümayəndələri, tanınmış mədəniyyət xadimləri, iş adamları yer alıb.

İkipərdəli səhnə əsəri gündəlik qayğıların cansıxıcılığında itib-batan Şerli Valentinin həyat hekayəsidir. O özünü yenidən kəşf edir və həyat yolunda ayaqları üstə möhkəm dayanmağa başlayır.

Sumru Yavrucukun quruluş verdiyi monotamaşa teatrsevərlərə unudulmaz anlar yaşadıb. Tamaşa zamanı Eldar Mansurovun “Bayatılar” mahnısına da yer verilib.

Səhnə əsəri sürəkli alqışlarla qarşılanıb. Tamaşa izləyiciləri həm əyləndirib, həm də düşündürüb.

Türkiyədə teatr sahəsi üzrə bir sıra mükafatların laureatı olan S.Yavrucuk “Yabancı damat”, “Evlilik haqqında hər şey”, “Şahanə həyatım” kimi seriallarda da yaddaqalan obrazlar canlandırıb.

“Şerli Valentin” (Shirley Valentine) ingilis dramaturqu və bəstəkarı Vilyam Rasselin (William Russell) pyesidir. Əsər əsasında eyniadlı film (1989, rejissor Lewis Gilbert) də çəkilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR