İnsanlara hürriyət, millətlərə istiqlal!

Niderlanddan Ukrayna ilə bağlı 400 milyonluq YATIRIM

Niderlandın müdafiə naziri Ruben Brekelmans bu gün Kiyevə gözlənilməz səfər edib.

Musavat.com “Reuters”ə istinadən xəbər verir ki, nazir Kiyevdə ölkəsinin Ukrayna ilə qabaqcıl pilotsuz uçuş aparatlarının birgə inkişafına 400 milyon avro sərmayə qoyacağını, yaxın aylarda Ukraynaya daha çox F-16 qırıcıları tədarük edəcəyini deyib.

“Müharibə, əlbəttə ki, hər gün şiddətlənir və Ukrayna dəstəyə, hərbi texnikaya ehtiyacı olan daha çox briqadalar yaradır. Bizə davamlı dəstək axını lazımdır”, - Brekelmans bildirib.

Onun sözlərinə görə, pilotsuz uçan aparatların fəaliyyət planı döyüş meydanında istifadə olunan texnologiyaların təkmilləşdirilməsi üçün Ukrayna innovasiyaları və Niderland biliklərini birləşdirəcək:

“Biz diqqətimizi kəşfiyyat pilotsuz uçan aparatları, daha çox müdafiə xarakterli pilotsuz uçan aparatları, eləcə də hücum dronları kimi müxtəlif tipli pilotsuz uçuş aparatlarına yönəldəcəyik. Çünki görürük ki, Ukrayna hərbi hədəfləri vurmaq üçün hücum xarakterli pilotsuz təyyarələrə də ehtiyac duyur. İnvestisiyaların təxminən yarısı Niderlandda xərclənəcək, qalan hissəsi isə Ukrayna və digər ölkələr arasında bölüşdürüləcək”.

Müdafiə nazirinin sözlərinə görə, hazırlanmış pilotsuz uçuş aparatları uğur qazanarsa, istehsalın genişləndirilməsinə daha çox vəsait ayrılacaq.

Niderland Rusiyanın işğalı başlayandan bəri Ukraynaya 10 milyard avro hərbi dəstək vəd edib və indiyədək təxminən 4 milyard avro xərcləyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR