İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstan Rusiyadan yanacaq almayacaq

“Atırau neft emalı zavodunda oktyabrın 1-dən başlanan təmir işlərinə baxmayaraq, Qazaxıstanda neft məhsulları qıtlığı yoxdur”.

Musavat.com xəbər verir ki, bunu Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev deyib.

Onun sözlərinə görə, hazırda ölkədə 27 günlükdən çox dizel yanacağı və benzin ehtiyatı, 45 günlük aviasiya yanacağı ehtiyatı var.

Satkaliyev qeyd edib ki, bəzi rayonlarda yanacaqdoldurma məntəqələrində maye qazın çatışmazlığı ilə bağlı problemlər yaranıb:

“Yağışların yağması ilə əlaqədar olaraq, rayonlarda kənd təsərrüfatı istehsalçıları taxıl və paxlalı bitkilərin qurudulması üçün əlavə həcmdə maye qaz tələb ediblər, onların tələbi müəyyən olunmuş qrafiklərə uyğun təmin olunur”.

Nazir aydınlaşdırıb ki, neft məhsulları qıtlığı yaranarsa, onu Rusiyadan idxal etmək mümkündür:

“Biz hər il Rusiyada payız üçün 50-70 min ton benzin ehtiyatı saxlayırıq və lazım gələrsə, operatorlara idxal etmək imkanı veririk”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR