Onlayn ictimai-siyasi qəzet
Kiprin ən böyük bankı olan “Bank of Cyprus” Rusiya vətəndaşlığına malik 7 minə yaxın müştəriyə aid 20 minə yaxın hesabı bağlayıb.
Musavat.com xəbər verir ki, məlumatı bank nümayəndəsi Karen Le Cannou açıqlayıb.
Onun sözlərinə görə, bank hələ 2014-cü ildə Krımın ilhaqına cavab olaraq anti-Rusiya sanksiyalarının tətbiqindən sonra bankın müştəri portfelini yenidən təşkil etməyə başlayıb:
“2014-cü ildə bankın müştəri portfelinin yenidən təşkili başlayanda ruslar müştəri portfelinin 4 faizini təşkil edirdi. Bu gün bu pay cəmi 0,4 faiz təşkil edir”.
Le Cannouya görə, qalan bank hesabları əsasən pensiya yaşında olan Rusiya vətəndaşlarına məxsusdur.
“Bank of Cyprus” nümayəndəsinin sözlərinə görə, hansısa müştərilərin hesablarını bağlamağa qərar verərkən bank “beynəlxalq uyğunluq standartlarını” və öz risklərin idarə edilməsi siyasətlərini rəhbər tutub.
Rusiya vətəndaşlarına qarşı gələcək siyasət barədə suala Le Cannou cavab verib ki, bank Avropada qanuni yaşayan, beynəlxalq sanksiyalar altında olmayan və bankın siyasətinə uyğun sektorlarda məqbul fəaliyyət göstərən Rusiya vətəndaşları ilə mümkün münasibətləri nəzərdən keçirir və qiymətləndirir.
“Bank of Cyprus” daha əvvəl bildirmişdi ki, 2023-cü ilin yayına qədər Rusiya pasportu olan və Aİ ölkələrində yaşamayan 4 min müştərinin hesablarını bağlamağı planlaşdırır.
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ