İnsanlara hürriyət, millətlərə istiqlal!

“Haqqımda saxta məlumatlar paylaşılmasının çirkin bir kampaniya olduğu sübut olundu”- Deputat

 

“Bəzi saytlarda haqqımda qeyri-dəqiq informasiyanın yayılmasının, şəxsimə qarşı yönəlmiş qərəzli saxta məlumatlar paylaşılmasının məqsədyönlü çirkin bir kampaniyadan başqa bir şey olmadığı artıq sübut olunub”.

Bu barədə Musavat.com-a Milli Məclisin deputatı Əziz Ələkbərli deyib. “Mən bu və bu tipli hadisələrlə bağlı bir məqama diqqət çəkmək istəyirəm. Hər kəs bilməlidir ki, 44 günlük müharibə nəticəsində Azərbaycanın qazandığı möhtəşəm Zəfərdən sonra bölgədə yaratdığı reallıqları həzm edə bilməyən ermənilər, ermənipərəstlər və bölgədə marağını təmin etmək istəyən güclər hər vəchlə Azərbaycanı zəif düşürmək üçün Azərbaycanda milli birliyi sarsıtmaq istiqamətində bütün üsullara əl atıblar və atırlar”,- deyə deputat əlavə edib.

Deputat deyib ki, dövlətə, dövlətçiliyə xidmət edən ayrı-ayrı şəxslərə qarşı hücumlar, hakimiyyət qurumlarının gözdən salınması, sosial narazılıqların qabardılaraq milli faciə səviyyəsinə qaldırılmaq cəhdləri və sairə bu qəbildəndir:

“Belə hesab edirəm ki, bu cür antimilli və antidövlət hərəkətlərinin qarşısı ən sərt şəkildə alınmalıdır, alınmadıqca 5-ci kolon dediyimiz xaricin agentura şəbəkəsi Azərbaycanda xalqımıza və dövlətimizə qarşı öz düşmən fəaliyyətlərini davam etdirmək üçün münbit şərait əldə etmiş olurlar və cəmiyyətin bətnindəki bu qara yara diqqətsiz qaldıqca metastaz verməyə doğru gedə bilər.

O ki qaldı belə yanlış və zərərli informasiyaları tirajlayan media nümayəndələrinə, onlar da düşünməlidirlər ki, belə hücumların arxasında nə durur və nə dura bilər. Və ya hücum etdikləri obyekti “zərərsizləşdirməklə” bilərəkdən və ya bilməyərəkdən nəyə nail olurlar və yaxud kimə xidmət edirlər. Buna uyğun da hərəkət etməlidirlər”.

Qeyd edək ki,  deputat sosial şəbəkədə yazıb ki, bəzi saytlarda “Emmanuel Lustin” adına Facebook sosial şəbəkə platformasında 2022-ci il 17 iyun tarixində yayımlanmış və 157.502 bəyənmə sayına malik videonun mənim adıma olan sosial şəbəkə profilləri tərəfindən izlənildiyi və bəyənildiyi iddia olunub.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR