İnsanlara hürriyət, millətlərə istiqlal!

Hakimi təhqir edən baş məşqçi cəzalandırldı

AFFA U-11 Liqasında hakimi təhqir edən "World Stars FA" komandasının baş məşqçisi Çıraq Behbudov 5 oyunluq diskvalifikasiya edilib.

Oxu.Az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Mütəxəssis ICBFA - "World Stars FA" görüşünün 48-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə texniki zonadan kənarlaşdırılıb.

AFFA Region Liqasında keçirilən "Masallı" - "Salyan" matçında isə qonaq komandanın üzvü Kamran Kərimov 56-cı dəqiqədə təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb. Futbolçu bu səbəbdən 4 oyunluq diskvalifikasiya olunub.

AFFA Region Liqasında keçirilən "Göyəzən" - "Veteran Tankçılar Gəncə" matçının 85-ci dəqiqəsində qonaq komandanın üzvü Hüseyn Quliyev hakimləri təhqir edib. Qırmızı vərəqə ilə meydandan kənarlaşdırılan futbolçu 4 oyunluq cəza ilə üzləşib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Aprel 2025

16 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR