Onlayn ictimai-siyasi qəzet
Türkiyənin xarici işlər naziri Hakan Fidan Moskvada danışıqlardan sonra həftənin sonunda Kiyevə səfər etməyi planlaşdırır.
Musavat.com xəbər verir ki, məlumatı "Reuters" mənbələrə istinadən yayıb.
Bildirilir ki, Moskvada Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Rusiya və Ukrayna arasında danışıqlarda Türkiyənin vasitəçilik rolunu təsdiqləmək niyyətindədir.
Qeyd edək ki, Hakan Fidan Rusiyanın xarici işlər naziri Sergey Lavrovun dəvəti ilə Moskvada iki günlük səfərdədir. Mayın 26-da Fidanı Kremldə Rusiya prezidenti Vladimir Putin qəbul edib.
Türkiyənin xarici işlər naziri mayın 16-da İstanbulda Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinə rəhbərlik edən prezidentin köməkçisi Vladimir Medinski ilə də görüşüb.
Musavat.com
04 Sentyabr 2025
00:47 Rusiyanın SAVAŞACAQ gücü YOXDUR: Cənubi Qafqaz əllərindən ÇIXIB - Əli Mustafadan FƏRQLİ TƏHLİL
03 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ