Onlayn ictimai-siyasi qəzet
Haitidə Türkiyənin səkkiz vətəndaşı oğurlanıb.
Bu barədə “Report” “Haiti24” portalına istinadən xəbər verir.
Məlumata görə, onlar arasında br neçə qadın da var.
"Dominikan Respublikası - Haiti marşrutu üzrə hərəkət edən avtobusda olan Türkiyənin 8 vətəndaşı mayın 8-də günorta saatlarında Krua-de-Buket ərazisində 8 nömrəli magistral yolunda qaçırılıb", - xəbərdə deyilir.
Ötən həftə Haitinin paytaxtında Dominikan səfirliyinin müşaviri Karlos Quillen Tatisin də həmin ərazidə oğurlanaraq azadlığa buraxılması barədə məlumat yayılıb.
08 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ