İnsanlara hürriyət, millətlərə istiqlal!

Hacı Şahin Həsənlinin xatirəsi yad olundu - FOTO

Tanınmış ilahiyyatçı, bəlağətli xütbələri ilə qəlbləri fəth edən mərhum Hacı Şahin Həsənlinin xatirəsi yad olundu

Musavat.com xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə Qazılar Şurasının üzvü Hacı Şahin Həsənlinin dünyasını dəyişməsinin ilk cümə axşamı ilə əlaqədar anım mərasimi keçirilib.

Mərasimdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, sədrin müavinləri, Qazılar Şurasının üzvləri, İdarənin bölgələrdə olan səlahiyyətli nümayəndələri, mərkəzi məscidlərin imamları və mərhumun ailə üzvləri iştirak ediblər. Tədbirdə Qurani - Kərimdən ayələr oxunaraq, dualar edilib. Sonda mərhum üçün ehsan verilib.

Allah rəhmət eləsin!

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR