İnsanlara hürriyət, millətlərə istiqlal!

Hacı Şahin Həsənli “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq - YENİLƏNİB

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənlinin dəfn yeri açıqlanıb.

Mərhum Yasamal qəbiristanlığının yeni hissəsində dəfn olunacaq. Dəfn mərasimi bu gün saat 16:00-da keçiriləcək.

Qeyd edək ki, din xadimi səhər saatlarında 48 yaşında ürəktutmasından vəfat edib.

****

Bu gün səhər saatlarında ürəkutmasından vəfat edən Hacı Şahin Həsənli ilə vida mərasiminin yeri dəqiqləşib.

Qafqaz Müsəlmanları İdarəsindən Musavat.com-a bildirildi ki, vida mərasimi Məşədi Dadaş məscidində keçiriləcək.

Hacı Şahin Həsənlinin nəşi Təzə Pir məscidindən birbaşa Məşədi Dadaş məscidinə aparılıb.

Nigar Həsənli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR