İnsanlara hürriyət, millətlərə istiqlal!

Hacı Əliyev: "Dördqat Avropa çempionumuz yoxdur, hədəfim buna nail olmaqdır"

"Hədəfim 4-cü dəfə Avropa çempionu olmaqdır. Sərbəst və yunan-Roma güləşi tariximizdə bunu bacaran yoxdur".

Bunu "Report"a müsahibəsində Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev 17 - 23 apreldə Xorvatiyanın paytaxtı Zaqrebdə təşkil olunacaq Avropa çempionatı ilə bağlı danışarkən deyib.

Təcrübəli idmançı ötənilki analoji yarışda finaladək irəliləsə də, məğlub olduğunu xatırladıb: "Onu da qeyd etmək istəyirəm ki, bu turnirə 65 yox, 70 kq-da qatılacağam. Çünki bu il dünya çempionatı da keçiriləcək. Mənim üçün əsas hədəf mundial olmalıdır. Orada artıq Yay Olimpiya Oyunlarına lisenziya əldə edə bilərəm. Bu səbəbdən məşqçilərlə məsləhətləşmədən sonra 70 kq-da çıxış etməyi qərara aldım. Ümid edirəm ki, bu çəkidə də uğur qazanacağam".

Hacı Əliyevin müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR