Onlayn ictimai-siyasi qəzet
“Gürcüstanda təxribatlar xarici ölkələrin xüsusi xidmət orqanları ilə razılaşdırılaraq həyata keçirilir”.
Musavat.com xəbər verir ki, bunu Gürcüstanlı müstəqil analitik Zaal Anjaparidze Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin ölkədə vəziyyəti gərginləşdirmək üçün bu həftə 2-3 nəfəri öldürmək cəhdi olacağı barədə bəyanatını dəyərləndirərkən deyib. Onun sözlərinə görə, bu proseslər yerli aktorlar tərəfindən xarici ölkələrin xüsusi xidmət orqanları ilə razılaşdırılaraq həyata keçirilir.
“Alınan məlumata görə, adıçəkilən dağıdıcı və cinayətkar əməllərin təşkilatçıları 2024-cü il dekabrın 14-də Gürcüstanda keçiriləcək prezident seçkilərinə mane olmağı planlaşdırırlar. Hazırda bir sıra səbəblərə görə DTX həmin xarici ölkələrin adlarını çəkə bilmir. Bununla belə, cəmiyyətimiz onların hansı ölkələrin nümayəndələri olduğunu yaxşı başa düşür”, - Anjaparidze bildirib.
Gürcü siyasətçi, "Gürcü arzusu"nun icraçı katibi Mamuka Mdinaradze isə bildirib ki, xarici qüvvələr Gürcüstanın bu qədər müstəqil olmasını qəbul edə bilmirlər.
“Gürcüstan son onilliklərdə indiki qədər müstəqil olmayıb. Xarici qüvvələr də məhz bunu qəbul edə bilmirlər. Çünki casusların hakimiyyətə gəlmə şansı çox azdır”, - o əlavə edib.
Şahanə Rəhimli
Musavat.com
13 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ