Onlayn ictimai-siyasi qəzet
Gürcüstan prezidenti Salome Zurabişvili Mixail Saakaşvilinin əsasını qoyduğu ən böyük müxalifət partiyası “Vahid Milli Hərəkat”ın əlində kukladır, onun yeganə funksiyası onların dediklərini söyləməkdir.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu sözlər Gürcüstanın baş naziri İrakli Kobaxidze tərəfindən səslənib.
Kobaxidze Zurabişvilinin parlament seçkiləri üçün könüllü müşahidəçilər kampaniyasına qoşulmasını belə şərh edib. Hakim partiya dəfələrlə Zurabişvilinin seçki kampaniyasında iştirak etməklə Konstitusiyanı pozduğunu bəyan edib. İqidar partiyasının fikrincə Salomüü Zurabişvili məhz “Gürcü arzusu”nun dəstəyi sayəsində prezident olub, indi isə radikal müxalifətə keçib.
“Əslində o, Milli Hərəkatın prezidentidir, adi bir kukladır. Buna görə də, onun heç bir sözünün və ya bəyanatının dəyəri yoxdur”, - deyə Kobaxidze ölkə prezidenti haqqında belə bir cümlə işlədib.
Baş nazirin sözlərinə görə, Konstitusiya Məhkəməsi prezidentin Gürcüstan Konstitusiyasını pozduğunu təsdiqləyib, bundan sonra Zurabişvili özü də Konstitusiya Məhkəməsinin qərarının legitimliyini tanıyıb.
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ