İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstanın Baş naziri: "Biz Azərbaycanla istənilən istiqamətdə uğurla əməkdaşlıq edirik"

Biz Azərbaycanla istənilən istiqamətdə uğurla əməkdaşlıq edirik.

"Report" xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Prezident İlham Əliyevlə birgə keçirdiyi brifinqdə söyləyib.

"Biz istənilən istiqamətdə - enerji, nəqliyyat, logistika, dəmir yolu və bütün digər sahələrdə əməkdaşlıq edirik. Biz, eyni zamanda, Orta Dəhliz layihəsinin inkişafını və perspektivlərini müzakirə etdik. Bildiyiniz kimi, biz Azərbaycanla və Qazaxıstanla əlaqələndirilmiş şəkildə fəaliyyət göstəririk ki, həmin layihə uğurla inkişaf etsin. Dəmir yolu xətti layihəsi genişləndirilir. Magistral yollar, dəniz limanları - bunlar hamısı bizim gündəliyimizdədir", - Baş nazir deyib.

Onun sözlərinə görə, Şərq-Qərb sürətli avtomobil yolunun tikintisi də yaxın vaxtlarda başa çatdırılacaq.

“Azərbaycan Gürcüstanla birlikdə çox böyük işlərə başlayıb. Biz də dəmir yolu xətlərimizi müasirləşdiririk və gələn ilin sonuna qədər bunu başa çatdıracağıq. Bununla da yüklərin həcmini iki dəfə artıra biləcəyik. Tezliklə biz Anakliya dəniz limanının inşasına başlayacağıq. Onun da yükaşırma qabiliyyəti 100 milyon tona bərabər olacaq. Eyni zamanda, biz Şərq-Qərb avtomagistralının inşasını da başa çatdıracağıq. Biz Azərbaycanla istənilən istiqamətdə uğurla əməkdaşlıq edirik. Biz bir neçə ay ərzində növbəti tarixi layihənin genişləndirilməsini də qeyd edəcəyik. O layihə də uğurla başa çatacaqdır. Ona görə də bizim çox aydın perspektivlərimiz var. Gələcəyə baxışımız olduqca aydındır. Əminəm ki, Azərbaycanla bizim tərəfdaşlığımız və dostluğumuz uzunömürlü olacaq”, - İ.Qaribaşvili vurğulayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR