Onlayn ictimai-siyasi qəzet
Gürcüstan prezidenti Salome Zurabişvili aksiyanın keçirildiyi Azadlıq Meydanına gəlib.
O, aksiya iştirakçılarının önündə çıxış edib. Lakin onun çıxışı yarımçıq kəsilib və mikrofon işləməyib.
Bundan əvvəl Salome Zurabişvili həbsxanaya düşmək təhdidlərindən qorxmadığını və səlahiyyət müddəti bitdikdən sonra da prezident və ali baş komandan olaraq qalacağını bildirib.
***
Bu gün axşam saatlarından Tiflisin mərkəzi meydanı olan Azadlıq Meydanında aksiyalar yenidən bərpa edilib.
Musavat.com xəbər verir ki, bu aksiya bu saatlarda da davam edir. Bildirilib ki, artıq əraziyə polis xüsusi təyinatlıları və su şırnaqları gətirilib.
Yaxın vaxtlarda Gürcüstan prezidenti Salome Zurabişvili Rustaveli prospektində çıxış etmək niyyətindədir. Müxalifət və onun tərəfdarları onun yeni parlament seçkilərinin təyin edilməsini gözləyirlər.
Ərazidən görüntüləri təqdim edirik.
Musavat.com
23 Dekabr 2024
22 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ