İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ölkədə “TikTok” bloklanacaq

Albaniya hakimiyyəti 2025-ci ildən başlayaraq ölkədə TikTok platformasını bir il müddətinə bloklayacaq.

“Report” xəbər verir ki, bu barədə Albaniyanın baş naziri Edi Rama bildirib.

E.Rama bu qərarı məktəblərdə fiziki və rəqəmsal təhlükəsizliyi yaxşılaşdırmaq istəyi ilə əlaqələndirib.

Onun sözlərinə görə, Albaniyada valideynlərin 90%-i “TikTok”un bloklanmasını tələb edib.

“Məktəblərdə fiziki və rəqəmsal təhlükəsizliyi yaxşılaşdırmaq üçün səlahiyyətli orqanlarımız tərəfindən hazırlanmış vasitələrdən istifadə edərək “TikTok”u bloklamaq qərarına gəldik”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Dekabr 2024

22 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR