İnsanlara hürriyət, millətlərə istiqlal!

Zurabişvili hökumətə bir həftə vaxt verdi - VİDEO

Gürcüstan Prezidenti Salome Zurabişvili hakimiyyətə yeni parlament seçkilərinin keçirilməsi üçün bir həftə vaxt verib.

Musavat.com-un məlumatına görə, Zurabişvili bildirib ki, texniki nasazlıqlar səbəbindən hazırda səhnədə çıxış edə bilmir, lakin sabah vətəndaşlara təfərrüatları açıqlamaq üçün videomüraciət yayımlayacaq.

Eyni zamanda, prezidentin səhnədə olduğu müddətdə Azadlıq meydanında bir nəfər xüsusi təyinatlı polisləri təhqir etdiyi üçün saxlanılıb. Etirazçılar prezidentin çıxışından sonra Rustaveli prospektindən uzaqlaşmağa başlayıblar.

Qeyd olunur ki, etirazlar zamanı bəzi iştirakçılar uşaqları ilə birlikdə su şırnaqları qarşısında dayanaraq polisin müdaxiləsinə müqavimət göstəriblər. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Dekabr 2024

22 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR