İnsanlara hürriyət, millətlərə istiqlal!

Yolka - Şam ağacı bəzəmək tamamilə Türk adətidir - TƏFSİLAT

“Şam ağacı bəzəmək tamamilə türk adətidir.” Bu adət türklərdən Avropaya keçmişdir.

“Qədim türklərdə yerin mərkəzindən göyə qədər bir ağac təsəvvür edilirdi və buna Həyat Ağacı deyilirdi.

Musavat.com bildirir ki, bu inanc Sümerlərdə də mövcud idi.

Ağacın bir ucunda Göy Tanrı dururdu.

Hal-hazırda Orta Asiyada, 22 dekabr gündönümündə, evlərinə Ağşam Ağacı gətirib, budaqlarına növbəti il üçün Tanrıdan dilədikləri şeylər, niyyət olaraq istədikləri şeylər üçün lentlər bağlayırlar.

Türklərdəki bu ağac bəzəmə adətinin xristianlıqdakı Miladla heç bir əlaqəsi yoxdur.

Bu adət daha sonra türklər vasitəsilə Avropaya keçmiş, XVI əsrdə Almaniyada başlamış və buradan bütün dünyaya yayılmışdır”.

Coğrafi bir hadisə olaraq, 21-22 dekabr gecəsi günlər uzanmağa, gecələr qısalmağa başlayır.

Qədim türklərin inanışına görə, Günəş 21-22 dekabr gecəsi QARANLIĞI məğlub edir və bu günə “NARDUGAN” deyilirdi.

Nar = Günəş,
Dugan, Tugan = Doğan,
Nardugan = Doğan Günəş mənasını verir.

Türklər Nardugan bayramında Həyat Ağacını (Sonsuz Həyatı) təmsil edən bir Ağşamın altına duaları Tanrıya çatsın deyə hədiyyələr qoyurdular, ağacın ətrafında mahnılar oxuyur və oyunlar oynayırdılar.

Yaşlılar ziyarət edilir və birlikdə yemək yeyilirdi.

Bu ənənə hazırda tatarlar, başqırdlar, çuvaşlar və qaraçay-malkarlar tərəfindən yaşadılmaqdadır.

“Həyat Ağacı” (Sonsuz Həyat) motivi, Hettlər, Urartular və daha sonrakı dövrlərdə Səlcuqlular və Osmanlılarda fərqli şəkildə də olsa özünü göstərməkdədir.

Halı və kilim naxışlarında da “Həyat Ağacı” motivinə tez-tez rast gəlinir.

Nardugan bayramında ağac bəzəmək qədim türk xalçalarının əsas motivlərindən biri olmuşdur.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Dekabr 2024

22 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR