İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstanda son vəziyyət: Xüsusi təyinatlılar gözyaşardıcı qazdan istifadə edir

Xüsusi təyinatlılar Tiflisidə parlamentin qarşısındakı meydanı tam nəzarətə götürüb.

Musavst.com TASS- a istinadən xəbər verir ki, onlar etirazçıları qovublar.

Daxili İşlər Nazirliyi parlamentin yerləşdiyi Rustaveli prospektinə külli miqdarda gözyaşardıcı qaz buraxıb və etirazçılar sürətlə qaçıblar. Çiçinadze və Zubalaşvili küçələrinin kəsişməsində vəziyyət gərgin olaraq qalır.

Etirazçıların daha bir hissəsi Rustaveli prospekti ilə daha hərəkət edib. Orada xüsusi təyinatlıların daha da irəliləməsinin qarşısını almaq üçün barrikadalar qurmağa çalışırlar.

Xatırladaq ki, Tiflisdə şənbə günü parlament binası yaxınlığında hökumət əleyhinə növbəti aksiya keçirilib. Rustaveli prospektində on minlərlə insan toplaşıb. Aksiya daha sonra polislə toqquşmaya çevrilib. Daxili İşlər Nazirliyi mitinqin dağıdılmasına qərar verib. Nümayişçilərin həbsləri başlayıb.

@@TVmusavat/102392@@

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Fevral 2025

02 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR