Onlayn ictimai-siyasi qəzet
Gürcüstan-Rusiya sərhədindəki “Daryal” keçid məntəqəsi müvəqqəti olaraq bağlanıb. Devdoraki çayında suyun səviyyəsi artıb. Əraziyə baxış keçirmək üçün sərhəd polisinin helikopteri havaya qaldırılıb.
Musavat.com “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Fövqəladə Halları Xidməti məlumat yayıb.
Qeyd olunub ki, Qveleti kəndi yaxınlığında hər iki istiqamətdə yol bağlanıb.
Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, “Daryal” keçid məntəqəsinin bütün əməkdaşları təcili təxliyə edilib.
Musavat.com
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ